...

Azərbaycan səfiri BTC layihəsinin şərəfinə yubiley sikkəsinin buraxılmasını alqışlayır

Dünya xəbərləri Materials 9 İyun 2006 15:11 (UTC +04:00)

Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev ölkənin Milli Bankı tərəfindən Bakı-Tiflis-Ceyhan neft kəmərinin işə salınması münasibətilə xatirə sikkəsinin buraxılmasını alqışlayıb. Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, bu barədə N.Əliyev Gürcüstan Milli Bankının prezidenti Roman Qotsiridze ilə görüşündə bəyan edib.

Görüşdə Gürcüstan-Azərbaycan iqtisadi əlaqələri və bu ölkələrin maliyyə-bank sahəsində əməkdaşlığının perspektivlərinə toxunulub. Milli Bankın prezidenti iyunun 11-də Bakıda keçiriləcək Qara Dəniz Ticarət və İnkişaf Bankının Direktorlar Şurasının 8-ci iclasında iştirak edəcək.

Səfər çərçivəsində Roman Qotsiridze AMB idarə heyətinin sədri Elman Rüstəmovla görüşəcək.

Xəbər lenti

Xəbər lenti