...

Rusiya ilə ABŞ arasında kütləvi qırğın silahının azaldılması haqqında müqavilənin müddəti uzadılıb

Dünya xəbərləri Materials 20 İyun 2006 15:17 (UTC +04:00)

Ağ Ev administrasiyasından verilən məlumata əsasən, Rusiya və ABŞ kütləvi qırğın silahının azaldılması haqqında müqavilənin müddətini 7 il uzadıb. Trend agentliyinin "mediaaktivist.ru"ya istinadən yaydığı məlumata görə, bu sənəd 1992-ci ildə imzalanıb. Müqavilə Rusiyaya onun kütləvi qırğın silahını Strateji Nüvə Silahının Azaldılması haqqında Müqavilədə göstərildiyi səviyyədə azaldılmasına köməklik etməkdir. Ağ Evin mətbuat katibi Toni Snounun bildirdiyinə görə, müddəti uzadılmış müqavilə ən böyük təhlükələrdən biri - terrorçu və ya nüvə silahının yayılması tərəfdarlarının kütləvi qırğın silahı və onun komponentlərini əldə etməsinin qarşısını almaq vasitəsidir. Müqavilədə həmçinin Ukrayna, Belarus və Qazaxıstana nüvə silahı olmayan dövlətə çevrilməkdə, eləcə də strateji raket və kütləvi qırğın silahı ilə bağlı infrastrukturdan qurtulmaqda yardım göstərmək nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti