...

İyulun 10-da NTV kanalının əməkdaşı Elxan Mirzəyevə hücumla bağlı məhkəmə hökmü çıxarılacaq

Dünya xəbərləri Materials 7 İyul 2006 18:44 (UTC +04:00)

Rusiyanın NTV telekanalının əməkdaşı Elxan Mirzəyevə edilən hücumla bağlı məhkəmə işi üzrə tərəflərin mübahisəsi və hökmün çıxarılması iyulun 10-a təyin olunub. Bu barədə Trend in Rusiyadakı xüsusi müxbirinə zərər çəkmiş şəxsin vəkili Tatyana Nojkina xəbər verib.

Elxan Mirzəyevin sözlərinə görə, dinləmələr mühüm əhəmiyyət kəsb edib. "Əvvəllər yalan ifadələr vermiş Laxonin adlı bir şəxsdən başqa, demək olar ki, bütün şahidlər dindirilmişdi. Bu iclasda isə o, heç yox idi. Müttəhimlərin dostları - Qolikovun və ikinci müttəhim Barketovun Orlova adlı rəfiqəsi də şahid qismində ifadə verdi", - deyə aprelin 3-də axşam Moskva metrosunda basqının qurbanı olmuş NTV prodüseri, azərbaycanlı Elxan Mirzəyev bildirib.

Vəkil Nojkina belə hesab edir ki, müttəhimlər etiraf ediblər ki, onların Elxan Mirzəyevə qarşı etdiyi hərəkətlər 115-ci maddəyə aiddir (sağlamlığa qəsdən yüngül xəsarət yetirilməsi), halbuki 282-ci maddəni (nifrətin və ya düşmənçiliyin oyadılması) və insan ləyaqətinin alçaldılmasını (millətlərarası ədavətin şiddətləndirilməsi) onlar qəbul etmirlər. Lakin zərər çəkmiş Elxan Mirzəyevin çıxışından sonra müttəhim Barketov bəzi təhqiredici sözləri dediyini etiraf etdi, lakin o bildirdi ki, dediyi sözləri konkret olaraq Elxan Mirzəyevə aid etməyib, sadəcə olaraq ümumi xarakterli fikirlərini ifadə edib.

Elxan Mirzəyev Trend in xüsusi müxbiri ilə söhbəti zamanı bir daha təsdiq edib ki, o, məsələnin bu cür qoyuluşundan razı deyil. "Əgər o, sadəcə olaraq, öz fikrini bildirirdisə, o zaman nə üçün dostu ilə Rusiyada nə üçün yaşamalı olmadığımı mənə izah etməyə başladılar, pivəni başıma tökdülər və döyməyə başladılar? Bu, açıq-açığına məhz milli zəmində törədilmiş cinayətdir", -deyə E.Mirzəyev öz sözlərini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti