...

Türkmənistan və İran prezidentləri birgə rəsmi məlumatda bəyan ediblər ki, öz ölkələrinin ərazisini digər ölkəyə qarşı istifadə etməyə imkan verməyəcəklər

Dünya xəbərləri Materials 26 İyul 2006 18:00 (UTC +04:00)

Türkmənistan və İran prezidentləri İran liderinin iyulun 24-25-də Türkmənistana ilk rəsmi səfərinin tamamlanması üzrə Saparmurat Niyazov və Mahmud Əhmədinecad tərəfindən imzalanmış birgə rəsmi məlumatda bəyan ediblər ki, "öz ölkələrinin ərazisini digər ölkəyə qarşı istifadə etməyə imkan verməyəcəklər". Bu gün dərc edilmiş rəsmi məlumatda qonşu ölkələrin prezidentləri "beynəlxalq münasibətlərdə gücün tətbiq edilməməsi və beynəlxalq məsələlərin həlli zamanı birtərəfli fəaliyyətlərdən imtina prinsipinə riayət etmənin əhəmiyyətini" qeyd ediblər.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, sənəddə həmçinin qeyd olunub ki, "Türkmənistan İran İslam Respublikasının fəal və pozitiv rolunu və sülh, sabitlik və asayişin gücləndirilməsi məqsədi ilə beynəlxalq məsələlərin həllində onun xarici siyasətinin istiqamətlərini dəstəkləyir".

Xəzəryanı ölkələrin prezidentləri "Xəzərin hüquqi statusunun tezliklə müəyyən olunmasının tərəfdarıdır və onların fikrincə, bu, onun karbohidrogen və bioloji resurslarının səmərəli və rasional mənimsənilməsi üçün əlverişli şərait yaratmağa imkan verəcək". Bununla əlaqədar, Niyazov və Əhmədinecad Tehranda Xəzəryanı dövlət başçılarının /Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan/ ikinci sammitinin keçirilməsinin əhəmiyyətini təsdiq ediblər.

Rəsmi məlumatda Türkmənistan və İran prezidentləri həmçinin "ticari-iqtisadi, energetika və başqa sahələrdə qarşılıqlı əlaqənin əhəmiyyətini" qeyd edib, ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd edərək, "iki ölkənin potensial imkanlarının maksimal surətdə tam istifadəsinə dair öz fikirlərini bildiriblər".

Xəbər lenti

Xəbər lenti