...

ABŞ-ın ticarət-investisiya nümayəndə heyəti Alma-Ataya gəlib

Dünya xəbərləri Materials 27 İyul 2006 18:42 (UTC +04:00)

ABŞ-ın investisiya və ticarət üzrə nümayəndə heyəti bu ölkənin kənd təsərrüfatı naziri Mayk Yoxansonun başçılığı altında iyulun 25-dən 28-ə qədər Astana və Alma-Ata şəhərlərinə səfər edir. Bu səfər çərçivəsində bu gün Alma-Atada bizens-forum açılıb.

Trend in xəbər verdiyi kimi, forumda QR-in kənd təsərrüfatı naziri Axmetjan Yesimov, ABŞ-ın kənd təsərrüfatı naziri M.Yoxanson, QR-in ABŞ-dakı səfiri Kanat Saudabayev, ABŞ-ın Qazaxıstandakı səfiri Con Ordvey, həmçinin iki ölkənin aqrobiznes nümayəndələri iştirak edib.

Səfərin məqsədi - ABŞ və Qazaxıstan arasında ikitərəfli ticarətin və investisiyaların irəliləməsidir. Bu missiyada iştirak edən on səkkiz Amerika şirkəti və assosiasiyası Qazaxıstanda kənd təsərrüfatı məhsullarının satışı və əldə edilməsində, investisiya tərəfdaşları və imkanlarının müəyyənləşdirilməsində maraqlıdırlar.

Xəbər lenti

Xəbər lenti