...

Rusiya sülhməramlıları 500-dən çox gürcü hərbi qulluqçusunun Kodor dərəsinə göndərilməsini qeydə alıb

Dünya xəbərləri Materials 31 İyul 2006 18:43 (UTC +04:00)

Gürcüstan silahlı qüvvələrini və polisin mütəmadi bölmələrini Kodor dərəsinə çıxarmaqda davam edir. Bu barədə RİA Novosti agentliyinə RF quru qoşunlarının baş komandanının köməkçisi polkovnik İqor Konaşenkov xəbər verib.

"Bu gün səhər təxminən 6.00-dan 6.30-a qədər və təxminən 9.30-da Rusiya sülhməramlıları Kodor dərəsinə Gürcüstan tərəfindən qırxı yük maşını olan təxminən əlli maşının keçməsini qeydə alıb", - deyə bazar ertəsi iyulun 31-də İqor Konaşenkov bildirib.

Trend in xəbər verdiyi kimi, onun sözlərinə görə, Rusiya sülhməramlıları 500-dən artıq hərbi qulluqçunun dərəyə göndərilməsini qeydə alıb.

"Rusiya sülhməramlıları Gürcüstanın təhlükəsizlik zonasından keçməklə, silahlı qüvvə və polislərin mütəmadi bölmələrini Kodor dərəsinə göndərməyə davam etməsinə mane ola bilmir", - deyə Rusiyanın quru qoşunlarının baş komandanının köməkçisi əlavə edib. Onun sözlərinə görə, bu, sülhməramlı qüvvələrin mandatını yerinə yetirməyə imkan vermir.

Xəbər lenti

Xəbər lenti