...

Rusiya və Çin hava nəqliyyatı haqqında razılığa gəliblər

Dünya xəbərləri Materials 7 Noyabr 2006 12:46 (UTC +04:00)

Rusiya və Çin hava nəqliyyatı haqqında sazişin razılaşdırılmasını yekunlaşdırıblar. Bu haqda, RF baş nazirinin müavini Aleksandr Jukovun və ÇXR Dövlət Şurasının nazir müavininin sədrliyi ilə hökümət başçılarının müntəzəm görüşlərini hazırlayan Rusiya-Çin komissiyalarının keçirdiyi görüşün protokolunda qeyd olunub. Komissiya tərəflərin səlahiyyətli orqanlarına tapşırıb ki, adı çəkilən razılığın imzalanması üçün bütün lazımi prosedurun həyata keçirilməsini tezləşdirsin. Bu barədə RBK-ya istinadən Trend xəbər verib.

Bundan əlavə, komissiya qeyd edib ki, Rusiya və Çin hər iki dövlətin aviakompaniyalarında səmərəli şəraitin yaradılması və RF və ÇXR arasında hava nəqliyyatını, eyni zamanda iki ölkə ərazisi üzərindən tranzit uçuşlarını inkişaf etdirmək naminə danışıqların reallaşdırılması yolunda kəsərli ölcülər götürməlidir. Çinin dövlət Şurası baş nazirinin müavini Rusiyaya Çin Aviaşirkətləri vasitəsilə ölkə üzərindən tranzit uçuşlarının şəraitini yüngülləşdirmək təklifi ilə müraciət edib. O tranzit uçuşları üçün ərizələrin qanuniləşdirmə qaydalarını dəqiqləşdirməyi xahiş edib.

Xəbər lenti

Xəbər lenti