...

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qasımjomatr Tokayevi öz göstərişi ilə parlament senatına deputat təyin edib

Dünya xəbərləri Materials 11 Yanvar 2007 18:06 (UTC +04:00)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qasımjomatr Tokayevi öz göstərişi ilə daxili işlər naziri vəzifəsindən azad edərək parlament (yuxarı palata) senatına deputat təyin edib. Trend in Astanadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, cümə axşamı ölkə parlamentində çıxış edərək N. Nazarbayev xəbər verib ki, K. Tokayevi parlament spikeri seçməyi təklif edir, belə ki, senatın əvvəlki rəhbəri Nurtay Abıkaev Qazaxıstanın Rusiyada səfiri təyin olunub.

Qazaxıstanın yeni daxili işlər naziri Marat Tijin təyin olunub. Bu vaxta qədər 46 yaşlı Marat Tijin dövlət başçısının milli təhlükəsizlik məsələləri üzrə köməkçisi-Təhlükəsizlik Şurasının katibi işləyib.

K. Tokayevin 53, N. Abıkayevin 59 yaşı var.

Bundan əvvəl Qazaxıstanın Rusiyada diplomatik missiyasına 48 yaşlı Cansəid Tuymbayev rəhbərlik edid. O, ötən çərşənbə günü respublikanın elm və təhsil naziri təyin olunub.

Xəbər lenti

Xəbər lenti