...

ABŞ-ın Yunanıstandakı səfiri diplomatik nümayəndəlikdə atışmadan narahatdır

Dünya xəbərləri Materials 12 Yanvar 2007 18:19 (UTC +04:00)

ABŞ-ın Yunanıstandakı səfiri Afinadakı Amerika diplomatik nümayəndəliyin binasında baş verən atışmadan ciddi narahatdır.

"Mən hesab edirəm ki, söhbət daha ciddi hücumdan gedir"-deyə ABŞ səfiri Çarlz Ris jurnalistlərə söyləyib. Onun sözlərinə görə, zərər çəkən yoxdur. "Dəymiş ziyanın ölçüsü barədə mənə məlumdur ki, o elə də çox deyil"-deyə diplomat əlavə edib.

"Mən ABŞ katibini (Kondaliza Rays) məsələ barədə məlumatlandırmışam, o məni inandırıb ki, bütün zəruri araşdırmalar aparılacaq"-deyə səfir məlumat verib.

Onun sözlərinə görə, Yunanıstanın hüquq mühafizə orqanları tərəfindən nəticəsiz istiintaqlar aparılır və ABŞ səfirliyi onlarla əməkdaşlıq edir. Bu barədə Trend RİA novostiyə istinadən xəbər verir.

Ris həmçinin, Afinada ABŞ səfirliyinin yerləşdiyi mərkəzi prospektin bağlanması ilə nəticələnən avtomobil tıxaclarına görə üzr istəyib. Onun sözlərinə görə, o, diplomatik nümayəndəliyin yaxın zamanlarda yenidən açılmasını təmin etmək üçün var gücü ilə çalışacaq.

Cümə günü səhər gülləbaran edilən ABŞ səfirli bütün günü bağlı olacaq, deyə amerikalı diplomatlar xəbər veriblər.

Amerika teleşirkəti CNN-in Afinada antiterror şöbəsinin nümayəndələrinə istinadən verdiyi məlumata görə, ilkin versiyalara görə, partlayış səfirliyə əks küçədən qranatomet vasitəsilə açılan atəş nəticəsində baş verib. Telekanalın məlumatına görə, binaya demək olar ki, ziyan dəyməyib, yalnız yuxarı mərtəbədə pəncərə qırılıb. Mərmi səfirin ofisinin yanına düşüb. Polisin dediynə görə səfir təhlükəsiz yerdə olub. Analoji hadisə 1996-cı ilin 15 fevralında baş verib, o zaman binaya yüngül ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti