...

Pentaqonun rəhbəri inandırır ki, ABŞ Suriya və İrana hücum etməyə hazırlaşmır

Dünya xəbərləri Materials 13 Yanvar 2007 14:52 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Robert Qeys prezident Corc Buşun Suriya və İran barədə sərt mülahizələrindən uzağa gedən nəticələr çıxarmamağa çağırıb və inandırıb ki, Pentaqon bu ölkələrə hərbi hücum hazırlamır. Onun sözlərinə görə, amerikalı hərbçilər Suriya və İrandan İraq döyüşçüləri üçün silah və yaraq gətirilməsinin qarşısını almağa cəhd edirlər. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

"İrana hücum etməyə lüzum yoxdur"-deyə R. Qeyts senatın hərbi qüvvələr üzrə komissiyası qarşısında çıxış edərkən inandırıb. O, həmçinin əlavə edib ki, o, İran ərazisində istənilən hərbi əməliyyatı "ifrat ölçü" hesab etməkdə davam edir. Bu barədə Asociated Press xəbər verir.

Xatırladaq ki, 2007-ci il yanvarın 10-da C.Buş xalqa telemüraciətində İranı və Suriyanı İraqla sərhədindən döyüşçü və terroristlərin sərbəst keçməsinini dayandırmamaqda və İraq döyüşçülərini silahla təchiz etməkdə ittiham edib. "Biz İraqdakı düşmənlərimizə silah tədarük edən və onlar üçün özündə məşq bazaları gizlədənləri tapıb məhv edəcəyik"-deyə C. Buş bəyan edib.

İrana hücum mülahizəsini təkzib etməklə Ağ Evin mətbuat xidmətinin rəhbəri Toni Snou çıxış etməyə məcbur olub. Onun sözlərinə görə, prezident İran ərazisində hərbi əməliyyatları yox, "İraq ərazisində amerikan qüvvələrinin müdafiəsini" nəzərdə tutub. "Söhbət İraq və Amerika vətəndaşlarını öldürən İraqdakı döyüşçülərə güc və silah göndərən qüvvələri ləğv etməkdən gedir"-deyə o bəyan edib.

Xəbər lenti

Xəbər lenti