...

Ukrayna və Türkiyə aerokosmik raket kompleksi yaratmaq istəyirlər

Dünya xəbərləri Materials 9 Mart 2007 17:49 (UTC +04:00)

Ukraynanın Milli Kosmik agentliyinin nümayəndə heyəti ( UMKA), Türkiyənin Milli Müdafiə Nazirliyi (TMMN) və Roketsan şirkəti Kiyevdə birgə aerokosmik raket kompleksi (AKRK) layihəsinin həyata keçirilməsi mövzusunu müzakirə ediblər. Bu barədə RBK -ya UMKA-dən məlumat veriblər. Həmçinin Türkiyə tərəfindən Türkiyə Respublikasında hökumətlərarası razılaşma gücündə çıxış etmək üçün tədbirin həyata keçirilməsi, UMKA və TMMN arasında AKRA-nın yaradılməsında əməkdaşlıq müzakirə edilib.

6-7 mart 2007-ci ildə Türkiyə nümayəndə heyəti AKRA-nın yaradılməsı üçün layihənin həyata keçməsində növbəti addımların, xüsusilə də layihənin təşkilati -texniki sənədlərinin həzırlanmasında təşkilati tədbirlərin yerinə yetirilməsi üçün

praktiki müzakirələrin keçirildiyi "Cənub" DTK-ni ziyarət edib.

Səfər nəticəsində ölkələr layihənin praktiki həyata keçməsi üçün fəal işlərin lazımlılığıyla bağlı tam qarşılıqlı anlaşmaya nail olublar.

Hava kosmadromu peykdən hava daşıyıcısının havada start götürəcəyi "Ruslan" An-124-100 təyyarələrinin istifadəsi ilə yaradıla bilər.

Xəbər lenti

Xəbər lenti