...

Kürdə batan şəxsin axtarışları davam edir

Hadisə Materials 20 İyul 2016 20:04 (UTC +04:00)
Daha bir nəfərin Kürdə batması ilə bağlı məlumat yayılıb.
Kürdə batan şəxsin axtarışları davam edir

Bakı. Trend:

Daha bir nəfərin Kürdə batması ilə bağlı məlumat yayılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Muradbəyli kəndində Kür çayında batdığı ehtimal olunan 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Kürdə batan şəxsin axtarışı aparılır

Kürdə batan şəxsin axtarışı aparılır

Qeyd edək ki, ötən gün də oxşar xəbər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti