...

Kürdə batan şəxsin axtarışı aparılır

Hadisə Materials 19 İyul 2016 09:03 (UTC +04:00)

Bakı. Trend:

Kür çayında batan şəxsin axtarışları aparılır.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Yevlax rayonu, Kür çayında 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti