...

Türkiyənin İzmit şəhərində Xocalı şəhidlərinə abidə ucaldılıb (FOTO)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 10 Mart 2015 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir İlkin İzzət/

İzmitdə ucaldılan Xocalı abidəsinin açılışı aprelin 22-də olacaq.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Türkiyənin İzmit şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin tikintisi artıq bitmək üzrədir. "Xocalı Şəhidləri Abidəsi" İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) arasında imzalanmış protokola əsasən hazırlanıb.

İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub.

Aprelin 22-də Azərbaycan və Türkiyənin dövlət nümayəndələrinin iştirakı ilə abidənin açılışı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti