Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
Azərbaycanın millət vəkilləri Rüfət Quliyev və İqbal Məmmədov MDB PA-nın xətti ilə müşahidəçi qismində parlament seçkilərinin gedişini izləmək üçün sentyabrın 30-dan oktyabrın 2-dək Qazaxıstanın Almatı şəhərində səfərdə olacaqlar.
Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatlarımız Qazaxıstan Parlamenti Senatına keçiriləcək seçkilərə hazırlığın vəziyyəti ilə tanış olacaq, oktyabrın 1-də ölkənin müxtəlif seçki dairələrində iradəsini ifadə edən vətəndaşların fəallığına, səsvermə prosesində onların hüquqlarının təmin olunmasına, demokratik seçki qaydalarına riayət edilməsinə diqqət yetirəcəklər.