...

Azərbaycanda elektron xidmət növlərinin siyahısı artırıldı

Cəmiyyət Materials 19 Aprel 2015 11:07 (UTC +04:00)
Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
Azərbaycanda elektron xidmət növlərinin siyahısı artırıldı

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Nazirlər Kabineti "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" qərarında dəyişikliklər edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, dəyişikliyə görə, Çağrı Mərkəzi vasitəsilə "Sadələşdirilmiş verginin bəyannaməsi"nin təqdim edilməsi, Gəlir və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə ərizələrin qəbulu "Elektron xidmət növlərinin Siyahısı"na daxil edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti