Azərbaycan, Bakı, 19 iyul /Trend/
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Bakıda keçirilən veloyürüşdə iştirak edib.
Bizim planetimizin əhalisi bizim uşaqlarımız və nəvələr üçün ətraf mühitin qorunmasına heç olmasa kiçik bir töhfə verməlidir. Bunu bazar günü ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə açıqlamasında bildirib.
"Mən hesab edirəm, bu gün ətraf mühitlə vəziyyət ilk növbədə bizim ulu babalarımız və valideynlər etdilklərin nəticəsidir və düşünürəm ki, biz həmçinin bizim uşaqlarımız və nəvələr üçün heç olmasa kiçik töhfə verməliyik", Sekuta bildirib.
Səfir qeyd etdi ki, bu bugünkü tədbir fərdi təşəbbüsdür və ümid edir ki, gələcəkdə bu cür tədbirlər ətraf mühitin qorunmasına köməklik göstərəcək.