...

Azərbaycan BMT-nin internet üzrə reytinqində mövqelərini yaxşılaşdırıb

Telekommunikasiya Materials 19 Sentyabr 2016 16:30 (UTC +04:00)
Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə mövqelərini yaxşılaşdırıb.
Azərbaycan BMT-nin internet üzrə reytinqində mövqelərini yaxşılaşdırıb

Bakı. Hüseyn Vəliyev – Trend:

Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə mövqelərini yaxşılaşdırıb.

Trend-in məlumatına görə, bu barədə "Genişzolaqlı rabitənin vəziyyəti 2016" hesabatında deyilir.

Aparılmış araşdırmalara əsasən 2015-ci ildə Azərbaycan 2014-cü illə müqayisədə 27 pillə yüksələrək 191 ölkə arasında 77 faizlik nəticə ilə 36-cı yeri tutub.

Fərdi istifadəçilər arasında (inkişaf etməkdə olan ölkələr üzrə) internetə daxil olması səviyyəsi üzrə Azərbaycan 13 pillə yüksələrək 77 faiz nəticilə 147 ölkə arasında 11-ci yeri tutub.

Mobil genişzolaqlı internetə daxil olma dərəcəsinə görə Azərbaycan 60,92 faiz göstərici ilə 60-cı yerdə möhkəmlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti