...

Araz Əzimov: Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir (ƏLAVƏ OLUNUB)

Ermənistan-Azərbaycan münaqişəsi Materials 25 Noyabr 2011 12:10 (UTC +04:00)
Araz Əzimov: Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir (ƏLAVƏ OLUNUB)
Araz Əzimov: Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir (ƏLAVƏ OLUNUB)

Son iki abzas əlavə olunub (İlk xəbər 11:48-də yayılıb)

Azərbaycan, Bakı, 25 noyabr / Trend müxbir S.Ağayeva/

Azərbaycanın işğal altında olan ərazilərində hər hansı iqtisadi infrastruktur dəyişikliklərinə gətirən fəaliyyət qeyri-qanunidir. Trend-in məlumatına görə, bunu cümə günü jurnalistlərə Azərbaycan Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi, xarici işlər nazirinin müavini Araz Əzimov deyib.

Əzimov bildirib ki, bu baxımdan Kəlbəcər rayonu ərazisindən hər hansı bir yolun çəkilməsi və digər təşəbbüslər Cenevrə konvensiyalarına ziddir.

XİN rəsmisinin sözlərinə görə, bu, Ermənistanın konvensiyaları pozduğu ilk hal deyil, və bu, Yerevan tərəfindən atılan növbəti addım olacaq. Lakin Ermənistan rəhbərliyi bilməlidir ki, bütün addımlara görə cavab verməli olacaq.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Əzimovun sözlərinə görə, Ermənistan tərəfindən çox eşidirik ki, onlar Kazan sənədini qəbul ediblər.

"Lakin demək istəyirəm ki, 2010-cu ilin yanvarında Ermənistan Prezidenti Sarkisyan Yenilənmiş Madrid prinsipləri adlandırılan və Minsk qrupu həmsədrlərinin ölkələrinin təklif etdiyi sənədi rədd edib. Ondan sonra həmsədrlərdən biri bəzi təkliflər verdi. Bu təkliflər uyğun sayılmadığı üçün Azərbaycan tərəfindən qəbul edilmədi. Ermənistan rəhbərliyinin Kazan görüşü ilə bağlı iddiaları sadəcə, düzgün deyil və həqiqətdən uğağa aparan iddialardır. Mən istərdim ki, onlar heç olmasa, keçənilki vəziyyətə nəzər salsınlar", - XİN rəsmisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti