...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib

Siyasət Materials 18 May 2012 13:30 (UTC +04:00)
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib

Azərbaycan, Bakı, 18 may / Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə daha üç yeni rəis müavini təyin edilib.

Hüquq-mühafizə orqanlarından Trend-ə bildiriblər ki, Azərbaycan Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin sədri, general-mayor Novruzəli Orucov tutduğu vəzifədən azad edilərək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis müavini təyin olunub. Daha sonra respublika hərbi komissarının sabiq müavini Ramiz Məmmədov və Dövlət Sərhəd Xidməti Akademiyasının zabiti Zaur Abdullayev xidmətin rəis müavini təyin ediliblər.

Xidmətdən Trend-ə məlumatı təsdiqləyiblər.

Qeyd edək ki, bir müddət öncə xidmətə iki rəis müavini təyin edilmişdi. Onlar Milli Təhlükəsizlik Nazirliyinin Suraxanı rayon şöbəsinin rəisi Vahid Zeynalov və Dövlət Miqrasiya Xidmətinin rəis müavini Elman Əliyevdir.

Xatırladaq ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Prezidentin 13 fevral 2012-ci il tarixli sərəncamı ilə yaradılıb və 2007-2012-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində çalışmış Arzu Rəhimov bu xidmətə rəhbər təyin olunub.

Xəbər lenti

Xəbər lenti