...

Berti Foqts Azərbaycanda futbolun inkişafına dair proqram təqdim edib

Cəmiyyət Materials 24 Aprel 2008 18:31 (UTC +04:00)
Berti Foqts Azərbaycanda futbolun inkişafına dair proqram təqdim edib

Azərbaycan, Bakı, 24 aprel / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının baş məşqçisi Berti Foqts azərbaycanlı futbol hakimlərinin işindən narazıdır. "Azərbaycan Premyer-Liqasının oyunlarını idarə edən hakimlər fitini çox tez-tez səsləndirir. Bu isə oyunun sürətinə təsir edir", cümə axşamı AFFA-nın inzibati binasında jurnalistlər üçün keçirdiyi mətbuat konfransında almaniyalı məşqçi deyib.

Foqts Azərbaycan yığmasına aprelin əvvəllərindən rəhbərlik edir. Almaniyalı məşqçidən əvvəl yığma komandanı Makedoniyadan olan Qyoko Hacievski çalışdırıb.

Yığma komandanın baş məşqçisinin dediyinə görə, Azərbaycanda futbolun inkişafı üçün normal stadionlar olmalıdır. "Mən AFFA-ya futbolun inkişafına kömək edəcək proqram təqdim etmişəm. Bu proqram 2 illik dövrü əhatə edir".

Alman məşqçi Azərbaycan yığmasını daha da gücləndirmək üçün Premyer-liqada çıxış edən bəzi legioner futbolçuların da komandaya cəlb olunacağını bildirib. Onun dediyinə görə, artıq bir neçə futbolçunun namizədliyi müzakirə edilir və yığma komandaya dəvət almaq üçün onlara Azərbaycan vətəndaşlığı verilməlidir.

Hazırda Azərbaycan yığmasında Braziliyadan, Rusiyadan, Serbiyadan və Nigeriyadan olan legioner futbolçular çıxış edir.

Foqts daha sonra bildirib ki, uşaq futbolunun inkişafı üçün Premyer-Liqa klublarının hər birində aşağı yaş qrupları üzrə 3 uşaq komandası olmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti