Azərbaycan, Bakı, 8 avqust /Trend/
Azərbaycan İslam Partiyasının üzvü Feyzulla Höcətulla oğlu Axundov İrandan Azərbaycana gələrkən Astara Sərhəd Nəzarət Məntəqəsində yoxlanılarkən anusundan 53 qram heroin və 12 qram həşiş aşkar olunaraq götürülüb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.
Dövlət Sərhəd Xidməti həmçinin Azərbaycan-İran sərhədini qanunsuz keçməyə cəhd göstərən silahlı şəxsi saxlayıb. Məlumata görə, iyulun 14-də, Yardımlı rayonunun Daşkənd kəndi yaxınlığından yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikası istiqamətindən dövlət sərhədini pozarkən 1 nəfər İran vətəndaşı saxlanılıb. Sərhəd pozucusunun üzərinə baxış keçirilib və ondan 1 ədəd "KİNG-2500" markalı tapança və 1,2 qram heroin aşkar edilərək götürülüb.