Azərbaycan, Bakı, 4 fevral / Trend müxbir K.Zərbalıyeva/
Bakıda yaxın iki gündə hava şəraiti nisbətən mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yaxın 2 gündə əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Temperatur ötən günlərlə müqayisədə 0-2 dərəcə isti təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında fevralın 5-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 5-8 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacağı gözlənilir. Yollar buz bağlayacaq.
Azərbaycanın əksər rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında az qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 14-19 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.
Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.