...

Bu gündən ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

Cəmiyyət Materials 27 Avqust 2012 08:00 (UTC +04:00)
Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatına başlanılır.
Bu gündən ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul olan abituriyentlərin qeydiyyatına başlanılır

Azərbaycan, Bakı, 27 avqust /Trend, müxbir İ.İsabalayeva/

Bu gündən Azərbaycanın ali təhsil müəssisələrinin boş qalan yerlərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin daxil olduqları təhsil müəssisəsində qeydiyyatına başlanılır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, qeydiyyat sentyabrın 5-dək davam edəcək. Abituriyentlər bu müddətdə sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Həmin müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrindəki 1921 vakant yerə 451 nəfər, orta ixtisas təhsili müəssisələrinin (11 illik bazadan) 8727 plan yerinə 8527 nəfər qəbul olub.

Xəbər lenti

Xəbər lenti