...

Şimali Koreya nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır

Dünya xəbərləri Materials 15 Aprel 2017 23:42 (UTC +04:00)
Şimali Koreya ABŞ tərəfindən nüvə hücumuna analoji zərbə ilə cavab verməyə hazırdır
Şimali Koreya nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırdır

Bakı. Trend:

Şimali Koreya ABŞ tərəfindən nüvə hücumuna analoji zərbə ilə cavab verməyə hazırdır. Bunu Koreya Xalq Ordusunun vitse-marşalı Choe Ryong-Hae bəyan edib.

"Adi silahlarla müharibəyə adi silahlarla müharibə, nüvə müharibəsinə nüvə zərbəsi ilə cavab verməyə hazırıq", KXDR-in banisi Kim Il-sung-un doğulmasının 105-ci ildönümünə həsr olunmuş paradda çıxış edən Choe Ryong-Hae bildirib.

Trend-in "BBC" agentliyinə istinadən verdiyi xəbərə görə, ballistik raketlər, sualtı qayıqların ən yeni nümunələri paradda nümayiş etdirilən hərbi texnika arasındadır.

Aprelin əvvəlində Trump bildirib ki, ABŞ hakimiyyəti Çinin yardımı olmadan da Şimali Koreya ilə "bacara bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti