...

Misirdəki qarşıdurmalar zamanı 20 nəfər həlak olub

Dünya xəbərləri Materials 21 Noyabr 2011 13:50 (UTC +04:00)
Qahirədə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş qarşıdurmalarda 20 nəfər həlak olub, üç min nəfərə yaxın adam yaralanıb.
Misirdəki qarşıdurmalar zamanı 20 nəfər həlak olub

Azərbaycan, Bakı, 21 noyabr / Trend müxbir A.Tağıyeva /

Qahirədə təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında baş vermiş qarşıdurmalarda 20 nəfər həlak olub, üç min nəfərə yaxın adam yaralanıb. Trend-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verib.

Misirdə nümayişçilərlə polis arasında toqquşmalar artıq iki gündür davam edir. Qarşıdurmalara səbəb asayiş keşikçilərinin Qahirənin mərkəzindəki Təhrir meydanında icazəsiz etiraz aksiyasını dağıtmasına cəhd göstərməsi olub.

Dünən Hərbi Şura ölkədəki bütün siyasi qüvvələri vəziyyəti nizama salınmasında iştirak etməyə çağırıb, lakin hələlik hakimiyyətin nümayişçilərə çağırışları heç bir nəticə verməyib. Bundan əlavə, dünən Misirin eyni vaxtda bir neçə əyalətində Qahirədəki nümayişçilərin tələblərini dəstəkləyən kütləvi aksiyalarına başlanılıb.

Bütün ölkədə etirazçılar tezliklə hərbi hakimiyyətin xalqın seçdiyi prezidentə və parlamentə təhvil verilməsini tələb edirlər.

Vəziyyəti gərginləşdirən səbəblərdən biri də odur ki, etirazçılar heç bir müəyyən hərəkat və ya partiyaya məxsus deyillər, onların vahid rəhbərliyi yoxdur.

Xəbər lenti

Xəbər lenti