...

Çarlz Hendri: Avropa Oyunları Azərbaycanı yaxından tanımağa imkan verəcək

Baku 2015 : EUROGAMES Materials 2 İyun 2015 15:07 (UTC +04:00)
Birinci Avropa Oyunlarına hazırlıq tam sürətlə gedir və hesab edirəm ki, Oyunlar böyük uğurla keçəcək.
Çarlz Hendri: Avropa Oyunları Azərbaycanı yaxından tanımağa imkan verəcək

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Birinci Avropa Oyunlarına hazırlıq tam sürətlə gedir və hesab edirəm ki, Oyunlar böyük uğurla keçəcək. Bunu Trend-ə Böyük Britaniya Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan üzrə sabiq ticarət elçisi və keçmiş energetika və iqlim dəyişikliyi naziri Çarlz Hendri deyib.

Onun sözlərinə görə, bu, çox mühüm tədbirdir və onun keçirilməsinin məhz Azərbaycana həvalə edilməsi ölkə üçün böyük uğur və nailiyyətdir.

Ç.Hendri qeyd edib ki, Böyük Britaniya 2012-ci ildə Olimpiya Oyunlarını keçirdikdən sonra bu, bütün dünyanın Birləşmiş Krallıq haqqında ənənəvi təsəvvürünü dəyişdi: "İnsanlar fikirləşirdilər ki, Britaniya ciddi ənənələrin olduğu ölkədir, lakin Oyunlar zamanı qonaqlar gördülər ki, biz çox müasirik və Britaniya yüksək texnologiyalar ölkəsidir".

O, diqqətə çatdırıb ki, ilk Avropa Oyunlarının keçirilməsi bura ilk dəfə gələnlərin Azərbaycanı yaxından tanımasına imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti