...

"Rossiya 24" telekanalında Avropa Oyunlarının məşəl estafetinə həsr olunmuş süjet yayımlanıb (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 8 İyun 2015 15:38 (UTC +04:00)
"Rossiya 24" telekanalında Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəl estafetinə həsr olunmuş süjet yayımlanıb.
"Rossiya 24" telekanalında Avropa Oyunlarının məşəl estafetinə həsr olunmuş süjet yayımlanıb (VİDEO)

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elmira Tariverdiyeva/

"Rossiya 24" telekanalında Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəl estafetinə həsr olunmuş süjet yayımlanıb.

Süjetdə I Avropa Oyunları ərəfəsində Bakı, həmçinin paytaxt sakinləri ilə müsahibələr nümayiş etdirilib: "İlk Avropa Oyunlarının məşəl estafeti paytaxtda - küləklər şəhəri Bakıda - məşhur bulvarda başlayıb. Məşəl katerlə gətirilib və Azərbaycan paytaxtında məşəli ilk daşıyan Prezident İlham Əliyev olub".

Süjetdə bildirilir ki, minlərlə azərbaycanlı və qonaq məşəl estafetinin iştirakçılarını gurultulu alqışlarla qarşılayıb: "Bakının küçələri və meydanları nəhəng bayram səhnələrinə çevrilib, bundan başqa, tədbirin özü teatrlaşdırılmış tamaşa kimi keçib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti