...

Bakıda qəzaya düşən avstriyalı idmançılarından ikisi müalicə almaq üçün Vyanaya geri dönüblər (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 17:38 (UTC +04:00)
Beynəlxalq Avropa Oyunları Əməliyyat Komitəsinin tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama verib.
Bakıda qəzaya düşən avstriyalı idmançılarından ikisi müalicə almaq üçün Vyanaya geri dönüblər (ƏLAVƏ OLUNUB)

İlk xəbər 14:20-də yayılıb

Azərbaycan, Bakı, 11 iyun /Trend/

Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) tibb xidməti bu gün səhər Bakıda Atletlər Kəndində yerləşən Nəqliyyat Deposunda baş verən qəza ilə bağlı açıqlama verib.

Trend-in Komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər avstriyalı idmançı dərhal xəstəxanaya yerləşdirilib.

BAOƏK bütün idmançıların təhlükəsizliyini və sağlamlığını ən vacib məsələ hesab edir: "Hazırda bununla bağlı ətraflı məlumat verə bilmirik".

Daha təfsilatlı informasiya gün ərzində təmin ediləcək.

XXX

Trend-in Komitənin rəsmi saytına istinadən verdiyi məlumata görə, Vanessa Sahinoviç və Luna Pajer əlavə müalicə almaq üçün Vyanaya geri dönüblər, Verena Breyt isə yüngül xəsarət aldığından komandaya qayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti