...

"Rossiya 24" telekanalında Avropa Oyunlarının hazırlığına həsr edilmiş süjet (VİDEO)

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 17:36 (UTC +04:00)
“Rossiya 24” telekanalında Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlığına və məşəl estafetinə həsr edilmiş süjet nümayiş olunub.
"Rossiya 24" telekanalında Avropa Oyunlarının hazırlığına həsr edilmiş süjet (VİDEO)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Elmira Tariverdiyeva/

"Rossiya 24" telekanalında Bakıda keçiriləcək I Avropa Oyunlarının hazırlığına və məşəl estafetinə həsr edilmiş süjet nümayiş olunub.

Trend-in məlumatına görə, süjetdə I Avropa Oyunları ərəfəsində Bakıdan kadrlar nümayiş olunub.

Rusiyalı jurnalist qeyd edib: "I Avropa Oyunları zamanı "Günəşli Bakı" söz birləşməsi indiyə kimi görünməmiş dərəcədə aktual olacaq və biz buna yalnız sevinə bilərik".

Reportaj Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində yerləşən "Azarkeşlər evi"nin yanında çəkilib. Evin açılışı iyunun 12-də baş tutacaq.

Reportaj müəllifinin sözlərinə görə, "Azarkeşlər evi"nin açılışında Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov, Rusiyanın idman naziri Vitali Mutko, onun azərbaycanlı həmkarı Azad Rəhimov və başqaları iştirak edəcəklər.

Süjetdə deyilir ki, Rusiya Avropa Oyunlarında 300-dən çox atletlə təmsil olunacaq: "Bakıda hər şey hazırdır, şəhərin mərkəzində geri sayım saatı var - bu, çoxnövlü idman yarışlarının vacib atributudur. Bakıda 12 idman növü üzrə yarışlar gələn il Rio-de-Janeyroda keçiriləcək Yay olimpiadasına təsnifat mərhələsi olacaq. Bu da Avropadan Bakıya ən güclü idmançıların gəlməsinə zəmanət verəcək".

Müəllif bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunlarına maraq yalnız bununla bitmir: "Olimpiya proqramında olmayan idman növləri Avropa Oyunlarının proqramına daxil edilib ki, bu da çox maraqlı olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti