...

I Avropa Oyunları öncəsi mətbuatdakı növbəti bayağı təxribat yalan çıxdı

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 12:21 (UTC +04:00)
Ötən gün Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində bir çox mətbuat orqanları yarışlarda iştirak edəcək idmançılarla bağlı növbəti yalan məlumatı yayıb.
I Avropa Oyunları öncəsi mətbuatdakı növbəti bayağı təxribat yalan çıxdı

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Elmira Tarıverdiyeva/

Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində bir çox mətbuat orqanları yarışlarda iştirak edəcək idmançılarla bağlı növbəti yalan məlumatı yayıb.

KİV-də yayılan yalan məlumata əsasən, Bakıda Rusiya və Ukrayna milli komandasının idmançıları arasında dava baş verib.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumatda deyilir ki, artıq axşam bu xəbər Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov tərəfindən rəsmi şəkildə təkzib edilib: "Belə bir hadisə baş verməyib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti