...

Aleksandr Jukov: "I Avropa Oyunları Təşkilat Komitəsi tənqidlərə və müxtəlif çəkişmələrə fikir verməməlidir" (ƏLAVƏ OLUNUB)

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 14:02 (UTC +04:00)
I Avropa Oyunları Təşkilat Komitəsi tənqidlərə və müxtəlif çəkişmələrə fikir verməməlidir.
Aleksandr Jukov: "I Avropa Oyunları Təşkilat Komitəsi tənqidlərə və müxtəlif çəkişmələrə fikir verməməlidir"  (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ənvər Məmmədov/

I Avropa Oyunları Təşkilat Komitəsi tənqidlərə və müxtəlif çəkişmələrə fikir verməməlidir.

Trend-in məlumatına əsasən, bunu Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov Azərbaycanda Rusiya Azarkeş Evinin açılış mərasimində jurnalistlərə deyib.

A.Jukov bildirib ki, hər böyük idman tədbirindən əvvəl müxtəlif qüvvələr kiçik, lazımsız və əhəmiyyətsiz detallara fikir verməyə başlayırlar, yarışlar başladıqdan sonra isə bütün diqqətlər idmana, idmançılara və onların mübarizəsinə yönəlir: "Soçidən qabaq da, Soçi zamanı da belə oldu. Əminəm ki, Bakıda da eyni vəziyyət olacaq. Ona görə oyunlardan öncə müxtəlif siyasi toqquşmalara və çəkişmələrə fikir vermək lazım deyil - hər şey əla olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti