...

Fransalı senator: “Azərbaycan I Avropa Oyunlarının açılış mərasimini əzəmətli təşkil etdi”

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 13:23 (UTC +04:00)
Azərbaycan balaca ölkə olmasına baxmayaraq, I Avropa Oyunlarının açılış mərasimini təmtəraqla təşkil edə bildi.
Fransalı senator: “Azərbaycan I Avropa Oyunlarının açılış mərasimini əzəmətli təşkil etdi”

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Cəmilə Əliyeva/

Azərbaycan balaca ölkə olmasına baxmayaraq, I Avropa Oyunlarının açılış mərasimini əzəmətli təşkil edə bildi. Trend-in məlumatına əsasən, bunu Fransa Senatı nəzdində fəaliyyət göstərən Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyhard mətbuat konfransı zamanı deyib.

Senator bildirib ki, Fransa Bakıda I Avropa Oyunlarının keçirilməsini dəstəkləyir: "Bizim nümayəndə heyətimiz Oyunlarda ən böyük heyətlərdən biridir".

A.Reyhard qeyd edib ki, müstəqillik baxımından Azərbaycan gənc ölkədir, lakin belə böyük miqyaslı tədbir keçirir: "Buna baxmayaraq, ölkə tənqidlərə məruz qalır. Fransa və Azərbaycan arasındakı münasibətlərin inkişafını dəstəkləməyə hazıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti