...

Alman idmançı: Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil edib (FOTO)

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 14:33 (UTC +04:00)
Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyədində təşkil edib. Heç bir problem müşahidə olunumur.
Alman idmançı: Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil edib (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya Oyunları səviyyəsində təşkil edib. Heç bir problem müşahidə olunmur. İstər Atletlər kəndi, istərsə də idman arenaları Olimpiya səviyyəsindədir. Mən burada olmaqdan çox şadam". Bunu Trend-ə Avropa Oyunlarında qılıncoynatma yarışlarında iştirak edən alman idmançı Britta Heidemann deyib.

B.Heidemann bildirib: "Mən burada özümü Olimpiya Oyunlarının mühitində hiss edirəm. Mən buraya gəlmək barədə qərar verdiyimə görə də bu gün çox sevinirəm".

O qeyd edib ki, birinci Avropa Oyunları qılıncoynatma üzrə Avropa Çempionatı ilə dünya çempionatı arasında keçirilir: "Yəni Avropa Oyunlarının vaxtı bizim üçün çox yaxşı seçilib. Ümumiyyətlə, Avropa Oyunlarını keçirmək ideyası özü çox yaxşı bir ideya idi. Bu idmançılar üçün böyük təcrübədir. Eyni zamanda, burada güclü idmançılar iştirak edir".

Sabah isə Bakı turu həyata keçirmək niyyətindəyəm.

Azərbaycana ilk səfərinin olduğunu deyən alman idmançı ölkəmizi çox bəyəndiyini deyib: "Bura gəlməzdən əvvəl insanlarınızın necə olduğu haqqında təsəvvürüm yox idi. Ancaq gördüm ki, insanlar çox mehriban, qonaqpərvərdirlər, daim sənə komək etməyə çalışırlar. Azərbaycana ilk qədəm basdığımdan özümü çox yaxşı hiss etməyə başladım".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti