...

Müğənni Elariz aşiq olub

Mədəniyyət Materials 13 Yanvar 2011 18:00 (UTC +04:00)
Toy müğənniləri arasında öz yerini heç kimlə paylaşmağı ağlının ucundan belə keçirməyən Elariz Məmmədoğlu aşiq olub. Məcnun Leylinin eşqindən dəli-divanə olmuşdusa, Elariz də pərəstişkarlarına olan sevgisindən qaynaqlanaraq yeni bir mahnı yazıb. Trend-ə açıqlamasında o, "Hara getsəm" mahnısının necə ərsəyə gəlməsindən danışdı.
Müğənni Elariz aşiq olub

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Toy müğənniləri arasında öz yerini heç kimlə paylaşmağı ağlının ucundan belə keçirməyən Elariz Məmmədoğlu aşiq olub. Məcnun Leylinin eşqindən dəli-divanə olmuşdusa, Elariz də pərəstişkarlarına olan sevgisindən qaynaqlanaraq yeni bir mahnı yazıb. Trend-ə açıqlamasında o, "Hara getsəm" mahnısının necə ərsəyə gəlməsindən danışdı. "Artıq neçənci dəfədir ki, hər yeni il gələndə öz pərəstişkarlarıma mütləq təzə mahnımı hədiyyə edirəm. 2011-ci ildə bir başqa özəlliyi oldu. Düzdür, özümə nə şair, nə də bəstəkar deməyə haqqım olmasa da, növbəti mahnımı yazdım. Sevgidən bəhs edən mahnı "Hara getsəm" adlanır. Ümidvaram ki, əsl sevginin nə olduğunu bilən melomanlar mahnıya lazımınca dəyər verəcək və hitə çevirəcək", - Elariz deyib.

Xəbər lenti

Xəbər lenti