...

Xoşbəxtlik sərxoşu olan Ebru Gündəşin qızı özünə çox oxşayır (FOTO)

Mədəniyyət Materials 17 Oktyabr 2011 19:42 (UTC +04:00)
Bir il bundan əvvəl Azərbaycan əsilli iş adamı Rza Zərrabla evlənən və 15 oktyabr tarixində qız uşağı dünyaya gətirən tanınmış türk müğənisi Ebru Gündəşin sağlığında heç bir problem yoxdur.
Xoşbəxtlik sərxoşu olan Ebru Gündəşin qızı özünə çox oxşayır (FOTO)

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Bir il bundan əvvəl Azərbaycan əsilli iş adamı Rza Zərrabla evlənən və 15 oktyabr tarixində qız uşağı dünyaya gətirən tanınmış türk müğənisi Ebru Gündəşin sağlığında heç bir problem yoxdur. Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu sənətçinin şəxsi həkimi Banu Bingöl Günenç keçirdiyi mətbuat konfransında deyib.

Çəkiksi 3 kiloqram 300 qram, boyu isə 49 santimetr olan qıza Alara adı verildi. Biz güman edirdik ki, Ebru xanım hamiləliyini erkən başa vuracaq. Çünki illər öncə keçirdiyi beyin qanaxması buna səbəb ola bilərdi. Amma hamiləlik vaxtında dərmanları mütəmadi olaraq qəbul etdiyi üçün bu baş vermədi. İndi həm körpə, həm də ananın vəziyyəti çox yaxşıdır. Xoşbəxtlik sərxoşu olan müğənni övladını əmizdirir. Alara adını verdikləri qız gözəldir və anasına çox bənzəyir", - həkim belə deyib.

Qeyd edək ki, müğənninin qızı ilə birlikdə 18 oktyabrda xəstəxananı tərk edəcəyi bildirilir.

Xəbər lenti

Xəbər lenti