...

Türk müğənnisi Azərbaycan tamaşaçılarına heyran olub (FOTO)

Mədəniyyət Materials 22 Oktyabr 2011 14:57
Ötən gün Bakıda dənizkənarı restoranların birində konsert proqramı ilə çıxış edən türk müğənnisi Ozan Orhon Azərbaycan tamaşaçılarına heyran olub.
Türk müğənnisi Azərbaycan tamaşaçılarına heyran olub (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Ş.Cavadsoy/

Ötən gün Bakıda dənizkənarı restoranların birində konsert proqramı ilə çıxış edən türk müğənnisi Ozan Orhon Azərbaycan tamaşaçılarına heyran olub. Bu barədə Trend-ə müğənni qonağın Vətənimizə ilk gəlişində yaxından iştirak edən türkiyəli prodüser Kemal Cenk İçten məlumat verdi.

"İstanbulda fəaliyyət göstərən "Akkaya production" musiqi şirkəti ilə yaradıcılıq əməkdaşlığında olan Ozan Orhon birinci dəfə idi Azərbaycana təşrif buyururdu. Yaxın dostum, türkiyəli prodüser Ahmet Akkaya prodüser Roland Bayramovun təşəbbüsü ilə Orhonun konsertini təşkil etdi. Dünənki konsertdən həm tamaşaçılar, həm də müğənninin özü məmnun qaldı. Azərbaycan tamaşaçılarının səmimiyyətinə heyran olan müğənni söz verdi ki, yaxın aylarda yenidən Bakıya gələcək. Fürsətdən istifadə edib, bu gün də tamaşaçıları Hövsanda yerləşən dəniz kənarı restorana dəvət edirik. Çünki Ozan Orhon 22 oktyabr tarixində də səhnədə fərqli performans nümayiş etdirəcək", - Cenk bəy belə dedi.

Xəbər lenti

Xəbər lenti