...

Qara rəngi ecazkar edən birinci Röya (FOTO)

Mədəniyyət Materials 24 Noyabr 2011 16:41 (UTC +04:00)
Noyabrın 23-də "The First-2011" milli mükafatına layiq görülən yeganə azərbaycanlı müğənni Röya Ayxan səhnəyə çıxdığı zaman yenə də şıltaqlığından əl çəkmədi.
Qara rəngi ecazkar edən birinci Röya (FOTO)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Noyabrın 23-də "The First-2011" milli mükafatına layiq görülən yeganə azərbaycanlı müğənni Röya Ayxan səhnəyə çıxdığı zaman yenə də şıltaqlığından əl çəkmədi.

Ssenariyə uyğun olaraq, müğənni rəsmi hissədən sonra bir neçə mahnı ifa etməli idi. Amma istədiyini edən sənətçi bütün planları alt-üst etdi. Öncə "Sənə görə" bəstəsini akapella şəklində ifa etdi, daha sonra mahnını musiqinin müşayiəti ilə səsləndirdi.

Fərqli makiyajı və geyindiyi qara kostyumu ilə daha da ecazkar görünən müğənni, mahnısını ifa etdikdən sonra Trend oxucularına tədbirdə niyə məhz onun mükafata layiq görülməsinə belə aydınlıq gətirdi. "Əgər söhbət birincilərin aldığı mükafatdan gedirsə, məndən başqa kim ala bilərdi "The First" heykəlciyini? Təvazökarlıq etməyin yeri yoxdur. Birinciyəm ki, birinci. Bəlkə kiminsə şübhəsi var?" - müğənni fikirlərini belə dilə gətirdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti