...

Eurovision klassik musiqiçilərin müsabiqəsini keçirəcək

Mədəniyyət Materials 10 Mart 2012 10:37 (UTC +04:00)
Avropa Yayımları Birliyinin (EBU) təşkilatçılığı ilə bu ilin mayında gənc musiqiçilərin müsabiqəsi keçiriləcək
Eurovision klassik musiqiçilərin müsabiqəsini keçirəcək

Azərbaycan, Bakı, 10 mart/ Trend müxbir M.Əliyev/

Avropa Yayımları Birliyinin (EBU) təşkilatçılığı ilə bu ilin mayında gənc musiqiçilərin müsabiqəsi keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Eurovision müsabiqəsinin saytında məlumat verilib.

"Eurovision Gənc Musiqiçilər 2012" ("Eurovision Young Musicians 2012") layihəsinin mayın 5 və 6-da yarımfinal, mayın 11-də isə finalı keçiriləcək.

Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq müsabiqədə 14 ölkə iştirakını təsdiq edib. Bu layihədə Almaniya, Avstriya, Belarus, Bosniya və Herseqovina, Xorvatiya, Çexiya, Gürcüstan, Yunanıstan, Niderland, Norveç, Polşa, Sloveniya, Ukrayna və Ermənistan musiqiçiləri təmsil olunacaq.

Qeyd edək ki, "Eurovision Young Musicians" ilk dəfə 2000-ci ildə, sonra 2010-cu ildə keçirilib. 2010-cu ildə müsabiqənin qalibi Sloveniya musiqiçisi olub.

Xəbər lenti

Xəbər lenti