...

Neftçilər Günü münasibətilə Azərbaycan rəssamlarının rəngkarlıq işləri üzrə müsabiqə keçirilir

Mədəniyyət Materials 12 İyul 2012 18:43 (UTC +04:00)
20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "İncəsənət enerjisi - ART energy" mövzusunda rəngkarlıq müsabiqəsi elan edib.
Neftçilər Günü münasibətilə Azərbaycan rəssamlarının rəngkarlıq işləri üzrə müsabiqə keçirilir

Azərbaycan, Bakı, 12 iyul /Trend/

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "İncəsənət enerjisi - ART energy" mövzusunda rəngkarlıq müsabiqəsi elan edib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, müsabiqə Azərbaycan rəssamları tərəfindən ölkəmizin iqtisadi, mədəni və sosial inkişafının təsviri sənət əsərlərində ifadə edilməsi məqsədi daşıyır. Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, rəngkarlıq əsərləri vasitəsilə Azərbaycan Respublikasının təbiətini, tarixini, mədəniyyətini və iqtisadiyyatının inkişafını tərənnüm etməlidir.

Müsabiqəyə təqdim olunacaq əsərlərə ARDNŞ-nin, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Rəssamlar İttifaqının nümayəndələrindən və tanınmış rəssamlardan ibarət münsiflər heyəti tərəfindən baxış keçiriləcək, qaliblər açıq səsvermə yolu ilə müəyyən ediləcək. Səsvermənin nəticələri münsiflər heyətinin rəyi əsasında müəyyənləşdiriləcək.

Müsabiqənin ümumi mükafat fondu 18 min manat təşkil edir:

I yer 1 mükafat - 6000 AZN

II yer 2 mükafat - 3000 AZN

III yer 3 mükafat - 2000 AZN

Müsabiqədə iştirak etmək üçün ərizə qəbulu iyulun 16-dan 31-dək davam edəcək. Rəsm işləri ən geci 10 sentyabr 2012-ci il, saat 17:00-a qədər qəbul olunacaq. İştirak etmək istəyənlər ARDNŞ-də yaradılmış Təşkilat Komitəsinə (ünvan: Az 1000, Neftçilər pr. 73, tel.: 521-00-88, 521-03-69, e-mail: [email protected]; [email protected]) və http://www.socar.az/neftmuzeyi/elanlar.html saytına müraciət etməklə müsabiqənin şərtlərinə dair əlavə məlumat əldə edə bilərlər.

Mükafatların qaliblərə təqdim olunması sentyabrın 20-də Dənizkənarı Milli Parkda təşkil olunacaq mərasimdə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti