...

Azərbaycan rəssamları Türkiyədə beynəlxalq festivala dəvət olunublar

Mədəniyyət Materials 10 Avqust 2012 14:53 (UTC +04:00)
Azərbaycan rəssamları İlqar Əkbərov və Nəvai Məmmədoğlu "Renklerin buluşması" Beynəlxalq rəsm festivalında iştirak etmək üçün dəvət alıb.
Azərbaycan rəssamları Türkiyədə beynəlxalq festivala dəvət olunublar

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M.Əliyev/

Azərbaycan rəssamları İlqar Əkbərov və Nəvai Məmmədoğlu "Renklerin buluşması" Beynəlxalq rəsm festivalında iştirak etmək üçün dəvət alıb.

Trend Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir ki, festival sentyabrın 1-dən 9-dək Türkiyənin Aydın şəhərində keçiriləcək.

Qeyd edək ki, fevral ayında İzmir şəhərinin Dövlət Rəsm və Heykəltaraşlıq Muzeyində təşkil olunmuş "Doğudan Batıya, Batıdan Doğuya Kardeş Sergiler" sərgisində türk rəssamlarla yanaşı, azərbaycanlı rəssamlar İlqar Əkbərov və Nəvai Məmmədoğlu iştirak ediblər.

Sərgi zamanı İlqar Əkbərov və Nəvai Məmmədoğlu İzmirdə fəaliyyət göstərən Azərbaycan-Türk Mədəni Əlaqələr və Dostluq Cəmiyyətinin üzvü olublar.

Xəbər lenti

Xəbər lenti