...

Azərbaycan rayonlarında yaradıcılıq görüşləri keçiriləcək

Mədəniyyət Materials 12 Oktyabr 2012 18:05 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin ikinci yarısı üçün iş planına uyğun olaraq, regionlarda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan rayonlarında yaradıcılıq görüşləri keçiriləcək

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin ikinci yarısı üçün iş planına uyğun olaraq, regionlarda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirlərin keçirilməsində məqsəd gənc nəslin sənət adamları və yaradıcı şəxslərlə, onların yaradıcılığı ilə yaxından tanış olmasını, bölgələrlə mədəni əlaqələrin daha da möhkəmləndirilməsini təmin etməkdən ibarətdir.

Mədəniyyət və turizm nazirinin 5 oktyabr 2012-ci il tarixli əmri ilə oktyabr ayının 15-dən 19-dək Hacıqabul, Ucar, Göyçay və Kürdəmir rayonlarında tədbirlər keçiriləcək.

Yaradıcılıq görüşlərində iştirak edəcək sənət adamlarının siyahısı

1. Canəli Əkbərov - xalq artisti
2. Cəmilə Bayramova - xalq artisti, rəqqasə
3. Azad Şükürov - əməkdar artist, aktyor
4. Gülüstan Əliyeva - əməkdar artist, müğənni
5. Zakir Əliyev - xanəndə
6. Səmədzadə Xasıyev - müğənni
7. Rəhilə Quliyeva - müğənni
8. Rövşən Əziz - müğənni
9. Şahnaz Əliyeva - müğənni
10. Könül Məmmədli - müğənni
11. Nəzakət Məmmədova - müğənni
12. Şəms Cəbiyeva - müğənni
13. Altay Niftəliyev - musiqiçi, tar
14. Araz Ağaverdiyev - musiqiçi, kamança
15. Mirzağa Zülfəliyev - musiqiçi, nağara

Məqalədə:
Xəbər lenti

Xəbər lenti