Azərbaycan, Bakı, 7 noyabr /Trend, müxbir V.İmanov/
2012-ci ildə Nərimanov rayonunda 35 saylı musiqi məktəbinin əsaslı təmiri və texniki təchizatı, Sahil qəsəbəsində 28 saylı musiqi məktəbinin əsaslı təmiri, 5 saylı Uşaq İncəsənət məktəbinin əsaslı təmiri işləri uğurla başa çatdırılaraq obyektlər istifadəyə verilib. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi Zakir Sultanov bildirib.
Binəqədi rayonunda Rəsulzadə qəsəbəsində 11 saylı Musiqi məktəbi üçün əlavə sinif otaqlarının tikintisi, Səbail rayonu, Bayıl qəsəbəsi, C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbi binasının əsaslı təmiri və müasir avadanlıqlarla təchizatı işləri isə cari ilin sonuna istifadəyə veriləcəkdir.
Tikilən Obyektlərin Birləşmiş Müdiriyyəti 2006-cı ildən fəaliyyət göstərir. Müəssisə aparılan tikinti işlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişçi fuksiyasını həyata keçirməklə, nəzarətin təmin edilməsi, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılan vəsaitin səmərəli idarə edir və habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həllini təmin edir.