Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir Y.Kosolapova /
Noyabrın 20-də Bakıda Qazaxıstan Mədəniyyəti Günləri keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi xəbər verib.
"Tədbir M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək", - məlumatda deyilir.
Noyabrın 20-də gündüz fotosərgilər, axşam isə Qazaxıstanın aparıcı incəsənət ustalarının iştirakı ilə qala-konsert keçiriləcək.
Konsertdə Qazaxıstanın xalq artisti Alibek Dnişov, əməkdar incəsənət xadimləri Azamat Jeltırquzov, Gulziya Stambek, Sundet Bayqojin, beynəlxalq müsabiqələr laureatları Eskendir Abkanov, Nurken Aşirov, Bubuqul Januzak, Ayzada Kaponova, habelə "Otırar sazı" akademik folklor-etnoqrafik orkestri, "Qulder" dövlət rəqs ansamblı, "Turan" etno-folklor qrupu iştirak edəcək.