...

Bakıda Qazaxıstan Mədəniyyəti Günləri keçirilir (FOTO)

Mədəniyyət Materials 19 Noyabr 2012 11:50 (UTC +04:00)
Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin növbəti sübutu olacaq. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Bakıda Qazaxıstan Mədəniyyəti Günləri keçirilir (FOTO)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir M.Əliyev /

Azərbaycanda Qazaxıstan Mədəniyyəti Günlərinin keçirilməsi iki ölkə arasında dostluq münasibətlərinin növbəti sübutu olacaq. Bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Trend-in məlumatına görə, nazir çərşənbə axşamı Bakıda qazaxıstanlı həmkarı Darhan Mınbayla görüşündə qeyd edib ki, ötən il Qazaxıstanın Almatı və Astana şəhərlərində Azərbaycan Mədəniyyəti Günləri çox uğurla keçib.

"Azərbaycanla Qazaxıstan arasında daimi turizm axını mövcuddur. 2011-ci il ərzində Qazaxıstandan Azərbaycana gələnlərin sayı 2010-cu illə müqayisədə 10 min nəfər artaraq 25 min nəfərə yaxın təşkil edib", - nazir deyib.

Qazaxıstanın mədəniyyət və informasiya naziri Darhan Mınbay bildirib ki, əlaqələrimizin kökləri uzaq keçmişə gedib çıxır.

Onun sözlərinə görə, mədəniyyət günləri ilə əlaqədar Qazaxıstandan Azərbaycana bu sahədə ən tanınmış xadimlər gəliblər.

Bu gün Bakıda Qazaxıstan Mədəniyyəti Günləri start götürür. Tədbir M.F.Axundov adına Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Konsertdə Qazaxıstanın xalq artisti Alibek Dnişov, əməkdar incəsənət xadimləri Azamat Jeltırquzov, Gulziya Stambek, Sundet Bayqojin, beynəlxalq müsabiqələr laureatları Eskendir Abkanov, Nurken Aşirov, Bubuqul Januzak, Ayzada Kaponova, habelə "Otırar sazı" akademik folklor-etnoqrafik orkestri, "Qulder" dövlət rəqs ansamblı, "Turan" etno-folklor qrupu iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti