...

Azərbaycan-YUNESKO əlaqələrinin 20 illiyi münasibətilə mərasim keçiriləcək

Mədəniyyət Materials 21 Noyabr 2012 19:31 (UTC +04:00)
Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-YUNESKO əlaqələri Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması, həmçinin Azərbaycan mədəniyyətinin dünya arenasında nüfuzunun artırılması istiqamətindəki böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşayır.
Azərbaycan-YUNESKO əlaqələrinin 20 illiyi münasibətilə mərasim keçiriləcək

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bu il Azərbaycanla YUNESKO arasında əməkdaşlığın qurulmasının 20 ili tamam olur.

Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-YUNESKO əlaqələri Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın ölkəmizin mədəni irsinin təbliği, onun milli və regional səviyyədə mühafizəsinin təmin olunması, həmçinin Azərbaycan mədəniyyətinin dünya arenasında nüfuzunun artırılması istiqamətindəki böyük xidmətləri sayəsində öz dinamik inkişaf dövrünü yaşayır.

Bu əlamətdar tarixi qeyd etmək məqsədilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycanın YUNESKO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə noyabrın 22-də, saat 10:00-də Fəxri və Şəhidlər xiyabanlarını ziyarətlə başlanacaq yubiley tədbirləri saat 16:00-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycan-YUNESKO əlaqələrinə həsr olunmuş "Azərbaycan-YUNESKO mədəni əməkdaşlıq: 20 il" mərasimi ilə davam edəcək.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, mərasimdə YUNESKO-nun Milli Komissiyalar və Vətəndaş Cəmiyyəti şöbəsinin direktoru, eyni zamanda, YUNESKO-nun Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru, YUNESKO Moskva Ofisinin nümayəndəsi, YUNESKO üzrə Gürcüstan, Özbəkistan, Belarus və Moldovanın Milli Komissiyalarının nümayəndələrinin iştirakı gözlənilir.

Mərasim çərçivəsində Azərbaycanın mədəni irsini əks etdirən sərgi, rəsmi açılış və konsert təşkil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti