...

Faiq Ağayev "Vida" konsertinin təfərrüatlarını açıqladı

Mədəniyyət Materials 28 Noyabr 2012 16:53 (UTC +04:00)
Dekabrın 27-30-da Heydər Əliyev Sarayında xalq artisti Faiq Ağayevin "Vida" adlı solo konserti keçiriləcək.
Faiq Ağayev "Vida" konsertinin təfərrüatlarını açıqladı

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir V.İmanov/

Dekabrın 27-30-da Heydər Əliyev Sarayında xalq artisti Faiq Ağayevin "Vida" adlı solo konserti keçiriləcək.

Trend-in məlumatına görə, büdcəsi təqribən 250 min manat olan konsert 25 illik yaradıcılıq fəaliyyətinə həsr edilib və 4 hissədən ibarət olacaq. Hər hissədə Ağayevin həyatının ayrı-ayrı yaradıcılıq dövrü əks olunacaq.

"25 illik səhnə karyeram ərzində belə ciddi qərar qəbul etməmişdim. Fikrimcə, vaxtında nöqtə qoymaq lazımdır", - o öz "facebook" səhifəsində yazıb.

Ağayev bununla səhnə ilə artıq vidalaşdığını demək istəyirmi?
"Mən bunu yalnız bayram gecəsinin qonaqlarına deyəcəyəm. Bu mənim sonuncu nitqim və çıxışım olacaq", - Ağayev Trend-ə bildirib.

Müğənninin sözlərinə görə, böyük konsert proqramı təqdim olunacaq.

"Konsertdə 27 kompozisiya səsləndiriləcək. Onlar arasında son 10 il ərzində yaradılan 4 meqamiks, həmçinin yeni mahnılar var. Üstəlik, hər bir çıxış kreativ videoinstalyasiya ilə müşayiət olunacaq. 25 illik yaradıcılıq yoluna həsr edilmiş 8 dəqiqəlik videoçarx, maraqlı süjet xətti olan yeni klip, müxtəlif rəqs nömrələri təqdim olunacaq. Hər şey səhnələşdirlmiş formada təşkil ediləcək", - müğənni qeyd edib.

"Vida"nın bədii rəhbəri Yaşar Baxış, musiqi rəhbəri Rüstəm Zeynallıdır. Ağayev və yaradıcı kollektivin üzvlərinin səhnə obrazları üzərində Renat Ramazanov işləyir. İşıq sistemi ilə Türkiyədən olan mütəxəssislər məşğul olurlar.

"25 il necə keçdi, heç bilmədim. Atalar sözündə deyildiyi kimi, bu, bir igidin ömrüdür", - Ağayev əlavə edib.

Biletlərin qiyməti 10-60 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti