...

İranda Azərbaycan Mədəniyyət Mərkəzinin təsis olunması ilə bağlı işlər görülür

Mədəniyyət Materials 21 Dekabr 2012 13:44 (UTC +04:00)
Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin təsis olunması ilə bağlı İran öz razılığını bildirib və hazırda bununla bağlı iş görülür.
İranda Azərbaycan Mədəniyyət Mərkəzinin təsis olunması ilə bağlı işlər görülür

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir T.Cəfərov/

Tehranda Azərbaycan Mədəniyyət Mərkəzinin təsis olunması ilə bağlı İran öz razılığını bildirib və hazırda bununla bağlı iş görülür. Bunu Azərbaycanda səfərdə olan İran Prezidentinin müşaviri, İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Məhəmməd Baqir Xürrəmşad cümə günü Trend-ə müsahibəsində deyib.

Xürrəmşad bildirib ki, indiyədək bir sıra ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, Hindistan, Yaponiya və İraqdan İranda mədəniyyət mərkəzinin yaradılması ilə bağlı müraciətlər edilib.

"Biz artıq bu ölkələrin bir çoxuna müsbət cavab vermişik. Azərbaycanın müraciətinə isə elə ilk günlərdə müsbət cavab vermişik və hazırda bununla bağlı işlər gedir", - müşavir qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti