...

Əlillərin Ümumrespublika baxış-müsabiqəsinin yekun turunda iştirak edəcək şəxslər müəyyən olunub (FOTO)

Mədəniyyət Materials 8 Noyabr 2013 17:24 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin final mərhələsində iştirak edəcək şəxslər artıq müəyyən olunub.
Əlillərin Ümumrespublika baxış-müsabiqəsinin yekun turunda iştirak edəcək şəxslər müəyyən olunub (FOTO)

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təşkil olunan Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsinin final mərhələsində iştirak edəcək şəxslər artıq müəyyən olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bu məqsədlə Bakı, Naxçıvan, Gəncə, Mingəçevir şəhərlərində və Xaçmaz, Şəki, Lənkəran, Sabirabad rayonlarında keçirilən zona baxış-müsabiqələri artıq yekunlaşıb. Həmin tədbirlər nəticəsində münsiflər heyətinin qərarına əsasən 83 nəfər əlil və 23 nəfər sağlamlıq imkanları məhdud uşaq müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb.

Qeyd edək ki, Əlillərin VI Ümumrespublika bədii yaradıcılıq baxış-müsabiqəsi "2013-cü ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı"na uyğun olaraq keçirilir. Tədbirdə məqsəd əlillərin və sağlamlıq imkanları məhdud uşaqların istedad və qabiliyyətlərinin aşkara çıxarılması və onların cəmiyyətə inteqrasiyasına dəstək verməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti