...

Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək

Mədəniyyət Materials 27 Dekabr 2013 12:07 (UTC +04:00)
Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.
Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 2 ildən bir kitab sərgisi keçiriləcək. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib.

Onun sözlərinə görə, kitab sərgisinin keçirilməsi insanların kitablara olan marağını artırar, cəmiyyətdə kitablara olan münasibəti dəyişər.

Nazir qeyd edib ki, Azərbaycan artıq UNESCO-nun ən mötəbər komitələrinin tədbirlərinin keçirilməsinə ev sahibliyi edir. Artıq UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına Novruz bayramı, tar, xalçaçılıq, Çövkən oyunu daxil edilib.

Ə.Qarayevin sözlərinə görə, Azərbaycanda bu il keçirilən beynəlxalq tədbirlər turizm sahəsinə də öz təsirini göstərir. Bunun nəticəsində Azərbaycana heç zaman turist gəlməyən ölkələrdən insanlar gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti